تبلیغات
Günaydın Azərbaycan - TƏBRİZİM
Günaydın Azərbaycan

Hoşgeldiniz
Welcome to Azerbaijani Weblog

Mudur : Polat Alemdar

TƏBRİZİM

1390/08/22  Time: 19:10

Bu Yazinin Bölməsi: Şeir(شعر) ،

   Baxdıqca hüsnünə doymayır gözüm,
   Təbrizim, Təbrizim, gözəl Təbrizim!

   Qoymaram yadları girsin qoynuna,
   İzin ver, qolumu salım boynuna!
   Sənin bayramına, sənin toyuna
   Dili bir, qanı bir qardaşın gəlib,
   Dərdinə aşina sirdaşın gəlib...

   Sən çıxdın qarşıma duzla, çörəklə,
   Bağından dərdiyin güllə, çiçəklə,
   İkiyə bölünməz saf bir ürəklə...
   Təbrizim, Təbrizim, aman, Təbrizim!
   Yox olsun başından duman, Təbrizim!

   Bülbül zar-zar ağlar çəməndən ayrı,
   İnsan deyib-gülməz vətəndən ayrı,
   Can necə yaşasın bədəndən ayrı?!
   Aç öz ürəyini, danış, Təbrizim,
   Olum dərdlərinlə tanış Təbrizim!

   Qədrini ayrılıq çəkənlər bilir,
   Hicrində göz yaşı tökənlər bilir,
   Ömrünə qaranlıq çökənlər bilir,-
   Bağından gül, çiçək dərdim, Təbrizim,
   Yenə təzələndi dərdim, Təbrizim!

   Bu ayna bulaqlar, bu ayna sular,
   Suda ayağını yuyan qarğular,
   Doğurur könlümdə min cür duyğular,
   Səslənir kamanım, sazım, Təbrizim,
   Ey mənim baharım, yazım, Təbrizim!

   Əzəldən şairlər yurdusan, inan,
   Döşündən süd əmən saysız qəhrəman
   Yolunda canını etmişdir qurban,-
   Gətirib onları yada, Təbrizim,
   Baş əymə cəllada, yada, Təbrizim!

   Səttar xan, o böyük Sərdari-milli,
   O atəş ürəkli, o atəş dilli
   Etdi azadlığı ellərə bəlli...
   Gəl onun yolundan dönmə, Təbrizim,
   Dalğalan, alovlan, sönmə, Təbrizim!

   Nə qəşəngdir yol boyunca söyüdlər,
   Söyüdlərin kölgəsində igidlər
   Babalardan, dinləyirlər öyüdlər,-
   Coşur damarlarda qanı, Təbrizim!
   Yoxdur bu mərdlərin sanı, Təbrizim!

   Atımı yol boyu çapıb sürürəm,
   Hər keçən yolçuya salam verirəm...
   Nələr eşidirəm, nələr görürəm,
   Nədir bu qaranlıq gecə, Təbrizim,
   Buna necə dözüm, necə, Təbrizim?!

   Ağlasan- ağlaram, gülsən- gülərəm,
   Yaşasan- yaşaram, ölsən- ölərəm.
   Varımı səninlə yarı bölərəm...
   Gəl, bir də üzündən öpüm, Təbrizim,
   Başına gül, çiçək səpim, Təbrizim!

   Nədir o mənalı, dərin baxışlar?
   Nədir gözlərindən yağan yağışlar?
   Nədir qəlbindəki payızlar, qışlar?
   Yetim tək boynunu burma, Təbrizim,
   Məlul-məlul baxıb durma, Təbrizim!

   Sənin çiçəyinə, gülünə qurban,
   Mənə qardaş deyən dilinə qurban,
   Vətəninə qurban, elinə qurban!
   Baxdıqca hüsnünə, doymayır gözüm,
   Təbrizim, Təbrizim, gözəl Təbrizim!

  (Süleyman Rüstəm)


Yaziçi:Polat Alemdar

Edit:1390/08/24-13:24

آرشیو موضوعی(Bölmələr)

آرشیو(Arşiv)

آخرین پستها(Son Yazilar)

نویسندگان(Yaziçilar)

لینکدونی(Link)

نظرسنجی

  • آیا این وبلاگ رضایت شما را جلب کرده است؟



آمار وبلاگ(Ziyarət)

  • (Hepsi)کل بازدید :
  • (Bu Gün)بازدید امروز :
  • (Dünən)بازدید دیروز :
  • (Bu Ay)بازدید این ماه :
  • (Keçmiş Ay)بازدید ماه قبل :
  • (Yaziçi Sayisi)تعداد نویسندگان :
  • (Yazi Sayisi)تعداد کل پست ها :
  • (Son Bakiş)آخرین بازدید :
  • (Son Gündələmə)آخرین بروز رسانی :

(Axtariş)جستجو


اوقات شرعی

رنک الکسا

ابزار هدایت به بالای صفحه